Menyu

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Nərmin Qocamanlı
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası olub.

Məhkəmənin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinin şərh edilməsinə dair Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 16-na təyin olunmuş iclasında baxılacaq.

Teqlər:

"Konstitusiya M\u0259hk\u0259m\u0259si Palatas\u0131n\u0131n n\u00f6vb\u0259ti iclas\u0131 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər