Cəlilabadda 5 avtomobil toqquşub
Əsəd Abbaslı
Cəlilabadda zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, zəncirvarı qəza Cəlilabad rayonunun “Süd zavodu” adlanan ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsü idarəetməni itirərək hərəkətdə olan avtomobilə çırpılıb.
Ardınca “Mercedes”, “Hyundai” və “VAZ 2107” markalı avtomobillər də bir birləri ilə toqquşub.
Qəza nəticəsində “VAZ 2107”də olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net