Yevlaxda 66 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Əsəd Abbaslı
Yevlaxda 36 yaşlı şəxs atasını bıçaqlamaqda şübhəli bilinir.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Operativ Media-ya bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
20:46
Yevlaxda 66 yaşlı kişi bıçaqlanıb, hadisəni törətməkdə oğlu şübhəli bilinir.
Operativ Media xəbər verir ki, rayonun Havarlı kəndində 1959-cu il təvəllüdlü Hüsü Talıbov mübahisə zəminində bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun oğludur.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net