Kürdəmirdə iki avtomobil toqquşub 1 nəfər ölüb - YENİLƏNİB
Bu gün saat 19:30 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (qadın cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Operativ Media xəbər verir ki, TƏBİB-dən bildirilib ki, 1975-ci il təvəllüdlü şəxsə L2 fəqərəsinin kompression sınığı diaqnozu təyin edilib və zəruri ilkin tibbi xidmət göstərilib.
Vəziyyəti kafi qiymətləndirilən pasiyent öz istəyilə ixtisaslı tibbi xidmətdən imtina edib.
21:11
Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.
Operativ Media xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində baş verib.
Belə ki, "Mercedes" markalı minik avtomobili "Chevrolet" markalı digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Vahid Firuz oğlu Alıyev hadisə yerində ölüb.
Hələlik şəxsiyyəti müəyyən edilməyən bir nəfər də müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
dəqiqələr içində saytın olsun.