Menyu

Azərbaycanın turizm imkanları Tailandda nümayiş etdirilib

Şəfa Hüseynli
Azərbaycanın turizm imkanları Tailandda nümayiş etdirilib

Azərbaycan Turizm Bürosu (ATB) "Şahdağ" Turizm Mərkəzi və digər tərəfdaşlarla birgə Tailandın Banqkok şəhərində keçirilən "PATA Travel Mart 2025" (PTM) sərgisində ölkənin turizm imkanlarını nümayiş etdirir.

Operativ Media xəbər verir ki, bu barədə Turizm Agentliyi məlumat yayıb.

Sərgidə stend ziyarətçilərinə ölkə haqqında ətraflı məlumat verilir və potensial əməkdaşlıq imkanları qiymətləndirilir.

Tədbir zamanı PATA-nın baş icraçı direktoru Nur Əhməd Hamid ATB nümayəndələri ilə görüşərək turizm sahəsində inkişaf və son yeniliklər barədə fikir mübadiləsi aparıb.

Azərbaycan Respublikasının Tailand Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elçin Bəşirov milli stendi ziyarət edib.

Qeyd edək ki, Asiya-Sakit okean regionunun beynəlxalq turizm sərgilərindən biri olan "PATA Travel Mart 2025" (PTM) şəbəkələşmə, biznesin inkişafı və tərəfdaşlıqların qurulması üçün mühüm platformadır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər