AYNA 7 avtobus marşrutu üzrə müsabiqənin qaliblərini elan edib

Nərmin Qocamanlı
AYNA 7 avtobus marşrutu üzrə müsabiqənin qaliblərini elan edib

AYNA tərəfindən 7 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Operativ Media AYNA-ya istinadən xəbər verir ki, şəhərlərarası avtobus marşrutu üzrə müsabiqə qalibləri aşağıdakılardır:

-  “Bakı-Horadiz” marşrutu üzrə fiziki şəxs Quliyev Sərdar Əjdər oğlu;
-  “Bakı-Sınıq Körpü” və “Bakı-Zaqatala” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;
-  “Bakı-Ağcabədi” marşrutu üzrə fiziki şəxs Süleymanov Elxan Abdulla oğlu;
-  “Sumqayıt-Quba” marşrutu üzrə fiziki şəxs Hümbətov Hikmət Behbud oğlu;
-  “Qazax-Gəncə” marşrutu üzrə fiziki şəxs Pənahov Vaqif Nəriman oğlu;

Şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə qalibi:

- 157 nömrəli marşrut üzrə hüquqi şəxs "BusTrans" MMC

Qeyd olunub ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Digər xəbərlər