Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb

Şəfa Hüseynli
Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu, Məmməd Rahim küçəsində təmir işlərinə start verilib.

Bu barədə Operativ Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Uzunluğu 620 metr, orta eni isə 10-12 metr olan küçədə aparılan təmir işləri çərçivəsində hazırda mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi həyata keçirilir.

Layihəyə əsasən, köhnə asfalt-beton örtüyünün frezlənməsi, küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması nəzərdə tutulur.

İşlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq icra edilir. Son mərhələdə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili məqsədilə küçədə üfüqi nişanlanma xətlərinin çəkilişi həyata keçiriləcək.

Şəkil Qalereyası

Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb - Şəkil 1
Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb - Şəkil 2
Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb - Şəkil 3
Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb - Şəkil 4
Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb - Şəkil 5
Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb - Şəkil 6

Digər xəbərlər