Yəməndə husilər Qırmızı dəniz sahilindəki Moxa limanına hücum edib
Operativ Media
Yəmənin "Ənsar Allah" hərəkatına mənsub husi qiyamçıları Qırmızı dəniz sahilində yerləşən Moxa limanına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.
Operativ Media xəbər verir ki, bu barədə Yəmən hərbi mənbələrinə istinadən Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində liman infrastrukturuna ziyan dəyməsi və ya xəsarət alanların olması barədə hələlik heç bir məlumat verilmir.
Qeyd edək ki, Moxa limanı Yəmənin cənub-qərbindəki Taiz əyalətində yerləşir və ölkənin beynəlxalq səviyyədə tanınmış hökumət qüvvələrinin nəzarəti altındadır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net