Hakan Fidan iranlı həmkarı ilə Hörmüzü müzakirə edib
Operativ Media
İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı ikitərəfli münasibətləri və regiondakı son prosesləri müzakirə edib.
Əraqçi İranın Omanla Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün uyğun marşrutun müəyyənləşdirilməsi istiqamətində apardığı danışıqlar barədə məlumat verib və bu prosesin davam etdiriləcəyini bildirib.
Tərəflər regiondakı son hadisələri və davam edən diplomatik prosesləri də nəzərdən keçiriblər. Onlar gərginliyin qarşısının alınması, regional sabitlik və təhlükəsizliyin gücləndirilməsi üçün siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net