Menyu

Qurban Qurbanov: İnanıram ki, bu çempionat daha aktiv və maraqlı keçəcək

Operativ Media
Qurban Qurbanov: İnanıram ki, bu çempionat daha aktiv və maraqlı keçəcək

Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Qarabağ" "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib.

Operativ Media xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra matç barədə fikirlərini bölüşüb:

"İlk oyunumuz idi. Əvvəlcə bütün komandalarımıza, hər bir futbolçumuza və məşqçimizə uğurlar arzulayıram. İnanıram ki, bu çempionat daha aktiv və maraqlı keçəcək.

Oyuna gəldikdə, gördüyünüz kimi, gərgin qarşılaşma oldu. Yeni rəqib idi və onları o qədər yaxından tanımırdıq. Həm məşqçi heyətində, həm də futbolçuların tərkibində xeyli dəyişikliklər olmuşdu. Bu baxımdan çox vacib qələbə qazandıq.

Futbolçularımız bir qədər yoruldular. Buna baxmayaraq ikinci hissədə daha yaxşı xarakter göstərdilər və sonda qələbə əldə edə bildik. Məncə, bütün oyunlar belə gərgin keçəcək. İlk qarşılaşmadan bizim üçün böyük bir siqnal oldu ki, bütün oyunlara çox ciddi yanaşmalıyıq".

- Renaldo Sefasın son durumu necədir?

- Renaldo Sefas ikinci hissədə bir qədər zədələndi. Əzələsində gərginlik oldu. Sonda onu meydanda saxlamaq üçün risk etmədik. Dəyişikliklər də bitmişdi. Yəqin ki, sabah klub tərəfindən tam məlumat veriləcək.

- Samuel Lobatonun oyununu necə qiymətləndirirsiniz?

- Yaxşı oynadı. Əslində, uzun müddətdir ki, meydana çıxmırdı. Aktiv oynadı, çox fəal idi. Sadəcə, bir qədər oyun təcrübəsinə ehtiyacı var. Həmçinin heyətdə müəyyən dəyişikliklər olmuşdu. Amma ümumilikdə onun aktivliyi, meydanda topla davranışı və hərəkətləri komandamız üçün lazım olan formada idi. İnanıram ki, qarşıdakı oyunlarda yavaş-yavaş daha yaxşı formasını bərpa edəcək.

- Bəhlul Mustafazadənin hazırlıq durumu necədir? Onu qarşıdakı “Tvente” ilə oyunlarda görə bilərikmi?

- Gördüyünüz kimi, yavaş-yavaş oynamaq lazımdır. O, daha çox fərdi qaydada məşq edirdi, komandaya da qoşulub. Ümumiyyətlə, gedişat pis deyil. Amma bildiyiniz kimi, bir neçə aydır oyun təcrübəsi yoxdur. Ona görə də tələsmədən, yavaş-yavaş onu gücləndirməliyik. Belə davam etsə, qarşıdakı müddətdə öz optimal formasını bərpa edəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər