Kürdəxanıda tikinti malları yanıb - YENİLƏNİB
Operativ Media
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib.
18:28
Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır.
Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net