Menyu

Nkunku "Çelsi"ni "Milan"a dəyişir

Əziz Əzizli
Nkunku "Çelsi"ni "Milan"a dəyişir
1 dəq oxu

Fransa millisinin hücumçusu Kristofer Nkunku "Çelsi"dən "Milan"a keçidini tamamlamaq üçün Milan şəhərinə gəlib.

Operativ Media xəbər verir ki, jurnalist Alfredo Pedulla hava limanından çəkilmiş videonu X sosial şəbəkəsində yerləşdirib. 27 yaşlı fransalı binadan çıxaraq dərhal onu gözləyən avtomobilə əyləşib. Futbolçu jurnalistlərlə danışmaqdan imtina edib.

Daha əvvəl "Milan"ın Nkunku üçün 35 milyon avro ödəyəcəyi bildirilirdi. Müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

2024/25 mövsümündə Nkunku bütün yarışlarda 48 matçda 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər