Menyu

"Qarabağ" UEFA reytinqində 12 pillə irəlilədi

Əziz Əzizli
"Qarabağ" UEFA reytinqində 12 pillə irəlilədi
1 dəq oxu

“Qarabağ” UEFA reytinqində mövqeyini gücləndirib.

Operativ Media xəbər verir ki, Ağdam təmsilçisi avrokubokların Liqa mərhələsi ərəfəsində yenilənən reytinqdə düz 12 pillə irəliləyərək 57-ci pilləyə yüksəlib. 

Qurban Qurbanovun komandası mövsümə 69-cu yerdə başlamışdı.

“Qarabağ”ın ehtiyatında hazırda 35,000 əmsal var. 

Qeyd edək ki, Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən 7-i reytinqdə onu üstələyir. “Liverpul” 5-ci (107,500 əmsal), “Benfika” 10-cu (83,750), “Çelsi” 12-ci (82,000), “Ayntraxt” 15-ci (80,000), “Napoli” 31-ci (57,000), “Ayaks” 35-ci (54,250), “Kopenhagen” 40-cı (48,375) yeri tutur. Yalnız 62-ci (32,750) pillədə olan “Atletik” Azərbaycan çempionundan geri qalır.

Əlaqəli Xəbərlər