Ana səhifə / İdman / Səudiyyə Ərəbistanı klubu gürcüstanlı futbolçunu heyətinə qatmaq istəyir Səudiyyə Ərəbistanı klubu gürcüstanlı futbolçunu heyətinə qatmaq istəyir 29.08.2025, 13:32 Əziz Əzizli Gürcüstan millisinin hücumçusu Georges Mikautadze transfer pəncərəsi bitməmiş "Lion"u tərk edə bilər. Operativ Media xəbər verir ki, bu haqda L'Equipe" nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, Fransa klubu “Vilyarreal”la danışıqlar aparır. "Lion"un maliyyə yoxlamasından keçməsi üçün 40 milyon avro alması lazımdır. "Bernli" və NEOM da oyunçu ilə maraqlanır. Səudiyyə klubu 24 yaşlı gürcü üçün 40 milyon avro təklif etməyə hazırdır. 2024/25 mövsümündə Mikautadze bütün turnirlərdə 47 matçda iştirak edib, 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Teqlər: "S\u0259udiyy\u0259 \u018fr\u0259bistan\u0131 klubu g\u00fcrc\u00fcstanl\u0131 futbol\u00e7unu hey\u0259tin\u0259 qatmaq ist\u0259yir"