Ana səhifə / Dünya / İranının idman və gənclər nazirini daşıyan helikopter qəzaya uğrayıb - YENİLƏNİB İranının idman və gənclər nazirini daşıyan helikopter qəzaya uğrayıb - YENİLƏNİB 23.02.2023, 17:46 Nərmin Qocamanlı İranda helikopterin qəzaya uğraması nəticəsində gənclər və idman nazirinin müşaviri ölüb. "Operativ Media" xəbər verir ki, bu barədə Kerman əyalətinin icra hakimiyyətinin başçısı Məhəmməd Mehdi Fədakar bildirib. Onun sözlərinə görə, qəza nəticəsində 12 nəfər yaralanıb, yaralıların vəziyyəti stabildir. *** 17:08 İran İslam Respublikasının idman və gənclər naziri Həmid Səccadini daşıyan helikopter İranın cənubunda qəzaya uğrayıb. "Operativ Media" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. Məlumata görə, nazir digər sərnişinlər və pilotlarla birlikdə xəstəxanaya yerləşdirilib. Teqlər: "İranının idman və gənclər nazirini daşıyan helikopter qəzaya uğrayıb - YENİLƏNİB"
14.02.2026, 23:50 Alim Nəbiyev Batumidə beynəlxalq turnirdə MMA üzrə ardıcıl üçüncü qələbəsini qazanıb