III MDB Oyunlarında Azərbaycanı 340 idmançı təmsil edəcək

Əziz Əzizli
III MDB Oyunlarında Azərbaycanı 340 idmançı təmsil edəcək

III MDB Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların sayı müəyyənləşib.

Operativ Media xəbər verir ki, Azərbaycan 23 idman növü üzrə 340 idmançı ilə mübarizə aparacaq. Ölkənin nümayəndə heyətinin ümumi sayı isə 475 nəfər olacaq.

Ən çox Azərbaycan təmsilçisi cüdo və qılıncoynatma üzrə olacaq – hər birində 32 idmançı. Taekvondo və voleybol yarışlarında isə 28 idmançı iştirak edəcək.

Azərbaycan idmançıları komanda idman növlərində də güclərini sınayacaqlar: futbol, çövqan, voleybol və 3x3 basketbol. Bundan başqa, ölkəmizi bədii gimnastika üzrə qrup hərəkətlərində də komanda təmsil edəcək.

Qeyd edək ki, bir sıra idman növlərində ev sahibi ölkə kimi Azərbaycan iki komanda ilə çıxış edəcək. Bu növlərə cüdo, taekvondo, qılıncoynatma, badminton və karate daxildir.

Ümumilikdə Azərbaycan idmançıları aşağıdakı idman növlərində mübarizə aparacaqlar:

qılıncoynatma – 32

cüdo – 32

taekvondo – 28

voleybol – 28

güləş – 27

karate – 24

futbol – 23

boks – 22

avarçəkmə – 21

atıcılıq – 16

badminton – 3

trampolin tullanma – 1

bədii gimnastika – 10

çövqan – 9

sambo – 8

basketbol 3x3 – 8

oxatma – 6

stolüstü tennis – 6

III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.

Digər xəbərlər