“Xankəndi” FK-nın məşqçilər korpusunda yeni təyinat gerçəkləşib

Əziz Əzizli
“Xankəndi” FK-nın məşqçilər korpusunda yeni təyinat gerçəkləşib

İkinci Liqada mövsümün startına hazırlaşan “Xankəndi” Futbol Klubunun məşqçilər korpusunda yeni təyinat reallaşıb.

Operativ Media xəbər verir ki, baş məşqçinin köməkçisi vəzifəsinə “C” kateqoriyalı mütəxəssis Ceyhun Cavadov gətirilib.

32 yaşlı Ceyhun Cavadov hazırda “Şəfa” klubunun U-16 komandasının baş məşqçisi kimi çalışır. O, bundan əvvəl 2 il müddətində “Səbail” klubunun U-17 komandasını çalışdırıb.

Keçmiş futbolçu, Azərbaycan U-21 millisinin də üzvü olub. O, karyerası ərzində “Neftçi”, “Abşeron”, “Rəvan”, “Sumqayıt”, “Kəpəz”, “Füzuli”, “Şəfa” və digər klubların formasını geyinib.

Digər xəbərlər