Menyu

AFFA azyaşlıları futbol inventarları ilə təmin etdi

Əziz Əzizli
AFFA azyaşlıları futbol inventarları ilə təmin etdi

Bir müddət əvvəl Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsində yaşayan azyaşlı uşaqların sosial şəbəkələrdə yayılan videomüraciətindən sonra AFFA tərəfindən onların futbol oynadığı ərazidə şəraitin yaxşılaşdırılması istiqamətində addım atılıb.

Operativ Media xəbər verir ki, qəsəbə sakinlərinin istifadəsi üçün minifutbol qapıları quraşdırılıb, uşaqlara oyun formaları, jiletlər, futbol topları və digər zəruri idman ləvazimatları təqdim olunub.

Tədbirdə iştirak edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov azyaşlı futbolsevərlərlə görüşərək onlara uğurlar arzulayıb. O, həmçinin vurğulayıb ki, futbolun kütləviliyinin təmin olunması və uşaqların sağlam həyat tərzinə yönləndirilməsi AFFA-nın daim diqqət mərkəzindədir və bu kimi layihələr gələcəkdə də davam etdiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər