Ana səhifə / İdman / "Vilyareal" gürcüstanlı futbolçu üçün 30 milyon avro təklif edib "Vilyareal" gürcüstanlı futbolçu üçün 30 milyon avro təklif edib 30.08.2025, 07:52 Əziz Əzizli Gürcüstan millisinin hücumçusu Georges Mikautadze "Lion"dan "Vilyarreal"a keçməyə yaxındır. Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano "X" sosial şəbəkəsində yazıb. Mənbənin məlumatına görə, İspaniya klubu 24 yaşlı gürcü üçün 30 milyon avro ödəməyə hazırdır. Daha əvvəl "Lion"un maliyyə yoxlamasından keçmək üçün transfer pəncərəsi bağlanana qədər 40 milyon avro almalı olduğu bildirilirdi. 2024/25 mövsümündə Mikautadze bütün turnirlərdə 47 matçda iştirak edib, 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Teqlər: "\"Vilyareal\" g\u00fcrc\u00fcstanl\u0131 futbol\u00e7u \u00fc\u00e7\u00fcn 30 milyon avro t\u0259klif edib"