"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki oyun cədvəli açıqlanıb.
Operativ Media xəbər verir ki, İlk oyun 16 sentyabr 2025-ci ildə keçiriləcək. Qarabağ səfərdə Portuqaliyanın “Benfika” klubu ilə üz-üzə gələcək.
1 oktyabr 2025-ci ildə komandamız Bakıda “Kopenhagen”i qəbul edəcək.
22 oktyabrda isə "Qarabağ" səfərdə İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq.
5 noyabrda Bakıda “Çelsi” ilə oyun baş tutacaq.
25 noyabrda isə səfərdə İtaliyanın “Napoli” klubu ilə görüş keçiriləcək.
10 dekabrda "Qarabağ" öz meydanında Niderland nəhəngi “Ayaks”la oynayacaq.
Yeni ilin ilk oyunu 21 yanvar 2026-cı ildə olacaq. Ağdam təmsilçisi evdə Almaniyanın “Ayntraxt Frankfurt” klubunu sınağa çəkəcək.
Sonuncu oyun isə 28 yanvar 2026-cı ildə keçiriləcək. Qarabağ səfərdə İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.