AFFA-nın təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun II mərhələsinə start verilib.
Operativ Media xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
İki gün davam edəcək məşğələlərə təlimatçı Faiq Əzizov rəhbərlik edir. Ona digər təlimatçılar Üzeyir İbrahimov və Vitali Kovalyov kömək edirlər.