Menyu

"Liverpul" Qakpo ilə yeni uzunmüddətli müqavilə imzalayıb

Əziz Əzizli
"Liverpul" Qakpo ilə yeni uzunmüddətli müqavilə imzalayıb

"Liverpul" hücumçusu Kodi Qakpo ilə yeni uzunmüddətli müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti göstərilmir. 26 yaşlı niderlandlının klubla əvvəlki müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimi qüvvədə idi.

Qakpo 2023-cü ilin yanvarından "Liverpul"da çıxış edir. Forvard bütün yarışlarda komandanın heyətində 131 matçda 42 qol vurub və 19 məhsuldar ötürmə edib.

Teqlər:

"\"Liverpul\" Qakpo il\u0259 yeni uzunm\u00fcdd\u0259tli m\u00fcqavil\u0259 imzalay\u0131b"

Əlaqəli Xəbərlər