Menyu

"Zirə" ən böyük hesablı qələbəsini qazanıb

Şəfa Hüseynli
"Zirə" ən böyük hesablı qələbəsini qazanıb

“Zirə” Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb.

Operativ Media xəbər verir ki, Bakı klubu “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.

Bu, Azərbaycan Premyer Liqasının III turunda qeydə alınıb. Qəsəbə klubu 2015/16 mövsümündən çıxış etdiyi yüksək dəstədə bunadək 5 top fərqi ilə qalib gəlməmişdi.

Zirənin eyniadlı təmsilçisi əvvəlki mövsümlərdə 3 dəfə 4 top fərqinə sevinib. Komanda “Rəvan”ı 2015/16, “Qəbələ”ni 2023/24, “Kəpəz”i 2024/25 mövsümündə 4:0 hesabı ilə məğlub edib.

Teqlər:

"\"Zir\u0259\" \u0259n b\u00f6y\u00fck hesabl\u0131 q\u0259l\u0259b\u0259sini qazan\u0131b"

Əlaqəli Xəbərlər