Ana səhifə / İdman / "Kəpəz" 250-ci məğlubiyyətini yaşadı "Kəpəz" 250-ci məğlubiyyətini yaşadı 01.09.2025, 10:34 Əziz Əzizli "Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb. Operativ Media xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının III turuna təsadüf edib. Gəncə klubu səfərdə “Zirə”yə 0:5 hesabı ilə uduzub. “Kəpəz” ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komandadır. Qərb təmsilçisi 685-ci oyununda “250”yə çatıb. “Kəpəz” evdə 88, səfərdə 157, neytral meydanda 5 dəfə xalsız qalıb. Qeyd edək ki, Gəncə klubunun ilk məğlubiyyəti 1992-ci il iyunun 27-də keçirilən “Turan”la səfər matçına təsadüf edib - 0:1. Teqlər: "\"K\u0259p\u0259z\" 250-ci m\u0259\u011flubiyy\u0259tini ya\u015fad\u0131"