23 Fevral 2023, 19:47
İspaniya Ukraynaya 10 “Leopard 2” tankı göndərəcək
İspaniya Ukraynaya 10 “Leopard 2” tankı göndərəcək şəkil
İspaniya Ukraynaya 10 “Leopard 2” tankı göndərəcək

İspaniya Ukraynaya 10 “Leopard 2” tankı göndərəcək.

"Operativ Media" xəbər verir ki, bunu Kiyevdə səfərdə olan İspaniya Baş naziri Pedro Sançez Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

O, qeyd edib ki, ölkəsi Ukraynaya əvvəlcə 6 ədəd “Leopard 2” tankı göndərəcək, qarşıdakı həftələrdə və aylarda isə əlavə 4 tankın göndərilməsi planlaşdırılır.

Baş nazir əlavə edib ki, İspaniya 2023-cü ilin ikinci yarısında Avropa Şurasına Prezidentliyi zamanı Ukraynanın Avropa İttifaqına qoşulmaq səylərini dəstəkləyəcək.

Pedro Sançez İspaniyanın Ukrayna ərazilərinin Rusiya tərəfindən saxta ilhaqını tanımayacağını və bunun beynəlxalq hüququn açıq surətdə pozulması olduğunu vurğulayıb.

Vladimir Zelenski isə bəyan edib ki, hazırda İspaniyada Ukrayna hərbi kontingenti var və onlar sözügedən döyüş tanklarının idarə edilməsini öyrənirlər.

Son xəbərlər
XİN sözçüsü: Çin və Azərbaycan strateji tərəfdaşdır
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb
"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib