Menyu

Azərbaycanın altı boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Əziz Əzizli
Azərbaycanın altı boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sentyabrın 2-də Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

Operativ Media xəbər verir ki, Şokır Beltekulının xatirəsinə keçiriləcək və 5 gün davam edəcək A kateqoriyalı ənənəvi yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Turnirdə məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında rinqə Zəlimxan Süleymanov (55 kq), Məhəmməd Aşırəliyev, Elbrus Adıgözəlov (hər ikisi 60 kq), Malik Həsənov, Ruslan Rüstəmov (hər ikisi 65 kq) və Nicat Əlirzayev (70 kq) çıxacaqlar.

Qeyd edək ki, bu gün səfərə yollanan komandamız sentyabrın 7-də Bakıya qayıdacaq.

Teqlər:

"Az\u0259rbaycan\u0131n alt\u0131 boks\u00e7usu beyn\u0259lxalq turnird\u0259 m\u00fcbariz\u0259 aparacaq"

Əlaqəli Xəbərlər