"Qarabağ" Serbiya klubunun hücumçusunu transfer etmək istəyir

Əziz Əzizli
"Qarabağ" Serbiya klubunun hücumçusunu transfer etmək istəyir

"Qarabağ" hücumçu axtarışlarını davam etdirir.

Operativ Media Azerisport.com-a istinadən xəbər verir ki, Azərbaycan çempionunun transfer siyahısında yer alan forvardlardan biri Şerif Ndiayedir.

29 yaşlı seneqallı futbolçu hazırda "Srvena Zvezda" klubunda çıxış edir. Onun Serbiya təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Sözləşmədə əlavə 1 mövsüm artırmaq imkanı verən maddə yer alıb.

Qeyd edək ki, Şerif Ndiaye 2023-cü ilin aprelindən "Srvena Zvezda"nın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 42 oyunda 22 qol və 7 məhsuldar ötürməylə yadda qalıb. 190 sm boya malik hücumçu cari "futbol ili"ndə Çempionlar Liqasının təsnifat mərhələsində 5 matçda meydana çııxb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Ndiaye daha əvvəl Türkiyənin "Adana Dəmirspor", "Göztəpə", həmçinin Xorvatiyanın "Qoritsa" klublarında oynayıb. "Transfermarkt" seneqallının dəyərini 5 milyon avro olaraq dəyərləndirir.

Digər xəbərlər