"Mançester Siti"nin özbəkistanlı müdafiəçisi iki həftəlik sıradan çıxdı
Əziz Əzizli
“Mançester Siti”nin və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanovun zədə səbəbindən iki həftə yaşıl meydanlardan kənar qalacaq.
Operativ Media xəbər verir ki, bu haqda Özbəkistan Futbol Assosiasiyası məlumat yayıb.
Müayinə zamanı məlum olub ki, 21 yaşlı futbolçunun sol baldır əzələsindən yüngül zədə var. O, Mərkəzi Asiya Futbol Assosiasiyaları Millətlər Kubokunda milli komandanın oyunlarını buraxacaq.
Xusanov avqustun 31-də Premyer Liqanın 3-cü turunda "Brayton"la oyunda (2:1) zədələnib .
2024/25 mövsümündə Xusanov "Siti"nin heyətində bütün yarışlarda 26 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçu 2023-cü ildə millidə debüt edib və onun hesabında 22 matç var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net