Transfer çalışmalarını davam etdirən "Qarabağ" sabiq hücumçusu Olavio Juninyonu geri qaytarmaq istəyir.
Operativ Media-nın əldə etdiyi məlumata görə, "Flamenqo" hücumçunu Azərbaycan klubuna satmaqdan və icarəyə verməkdən imtina edib.
Danışıqlararın son saatlara qədər davam edəcəyi gözlənilir.
Gün sonuna kimi hər hansı yeni bir transfer edilməssə, "Qarabağ" UEFA-ya təqdim edəcəyi iştirak ərizəsində hücumçu kimi Nəriman Axundzadə və Musa Qurbanlının adını verməli olacaq.