İslandiya və Azərbaycan milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının seçmə qrup oyununun təyinatları məlum olub.
Operativ Media xəbər verir ki, sentyabrın 5-də keçiriləcək matç Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.
Görüşün baş hakimi Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək edəcək. Dördüncü hakim funksiyasını Mark Naqteqal yerinə yetirəcək.
Qeyd edək ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.