Menyu

"Neftçi" AFFA-nın qərarına etiraz etdi

Əziz Əzizli
"Neftçi" AFFA-nın qərarına etiraz etdi

"Neftçi" PFK AFFA-nın İqor Ribeyro ilə bağlı verdiyi qərara etiraz edib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərara görə, Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış futbolçumuz İqor Ribeyro 3 oyun cəzalandırılıb, klubumuz isə 3000 manat cərimə edilib.

“Neftçi” PFK olaraq bu qərarı ağır hesab edirik. Bu səbəbdən İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına klubumuz tərəfindən apellyasiya şikayəti ünvanlanıb", - deyə paylaşımda qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər