Ötən yay azad agentə çevrilən müdafiəçi Samuel Umtiti Səudiyyə Ərəbistanı və ABŞ klubları ilə danışıqlar aparır.
Operativ Media xəbər verir ki, bu haqda "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 31 yaşlı fransalı sentyabrın 10-dək qərar verəcək.Onun Fransa, İtaliya, Yaxın Şərq və ABŞ-dən təklifləri var. Ancaq yeni komanda tapa bilməsə, karyerasını bitirə bilər.
Umtiti 2024/25 mövsümündə heç bir matçda iştirak etməyib . O, uzun müddət tibia zədəsindən sağalıb. O, Liqa 1-in son üç matçında siyahıda olub, lakin meydana çıxmayıb.