Menyu

Azərbaycan badmintonçuları tarixdə ilk dəfə 6 idmançı ilə dünya “Top-100”lüyündə yer aldı

Əziz Əzizli
Azərbaycan badmintonçuları tarixdə ilk dəfə 6 idmançı ilə dünya “Top-100”lüyündə yer aldı

Dünya Badminton Federasiyasının (BWF) açıqladığı yeni reytinq siyahısında Azərbaycanım 6 badmintonçusu 4 kateqoriya üzrə dünyanın 100 ən yaxşıları sırasıında yer alıb.

Operativ Media xəbər verir ki, Tokio və Paris olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-cidir. Paris olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatimə Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb.

Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə sıralamada 92-ci pillədə qərarlaşıb. Qeyd edək ki, Azərbaycan badmintonu tarixində ilk dünya tarixində 4 kateqoriya üzrə idmançılarımız yer alır. 

Daha 2 badmintonçumuz yeniyetmələrin reytinqində ilk 100-lükdə yer alır. 

Ülvi Hüseynov yeniyetmə oğlanların şəxsi kateqoriyasında dünya üzrə reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızların şəxsi kateqoriyasında 53-cü sıradadır.

Teqlər:

"Az\u0259rbaycan badminton\u00e7ular\u0131 tarixd\u0259 ilk d\u0259f\u0259 6 idman\u00e7\u0131 il\u0259 d\u00fcnya \u201cTop-100\u201dl\u00fcy\u00fcnd\u0259 yer ald\u0131"

Əlaqəli Xəbərlər