Menyu

Xabi Alonso 19 yaşlı niderlandlını transfer etmək istəyir

Əziz Əzizli
Xabi Alonso 19 yaşlı niderlandlını transfer etmək istəyir

"Real Madrid"in baş məşqçisi Xabi Alonso klubun baş skautu Juni Calafatdan "Az Alkmaar"ın yarımmüdafiəçisi Kees Smiti izləmək üçün Niderlanda getməsini istəyib.

Operativ Media bu barədə "Real Madrid Confidencial"a istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, Alonso 19 yaşlı niderlandlını komandanın əsas heyətində dəyərli oyunçu hesab edir və onun növbəti transfer pəncərəsində "Real Madrid"ə keçməsi mümkündür.

Smit 2024/25 mövsümündə bütün yarışlarda "Az Alkmaar" üçün 43 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 5 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər