Menyu

İslandiyanın baş məşqçisi: Azərbaycan millisini ciddiyə almalıyıq

Əziz Əzizli
İslandiyanın baş məşqçisi: Azərbaycan millisini ciddiyə almalıyıq

“Seçmə mərhələyə qələbə ilə başlamaq istəyirik. Bu səbəbdən sabahkı matçda qalib gəlməliyik”.

Operativ Media xəbər verir ki, bu sözləri İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində evdə Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: “Bu, ölüm-dirim məsələsi deyil. Amma rəqibi ciddiyə almalıyıq. Böyük hədəflərimiz var. Özümüzə inanmalıyıq. Hər kəs inanılmaz dərəcədə sakitdir. Oyunla bağlı nikbinəm”.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Teqlər:

"\u0130slandiyan\u0131n ba\u015f m\u0259\u015fq\u00e7isi: Az\u0259rbaycan millisini ciddiy\u0259 almal\u0131y\u0131q"

Əlaqəli Xəbərlər