Menyu

Emin Mahmudov: Sözümüzü meydanda deməyə çalışacağıq

Əziz Əzizli
Emin Mahmudov: Sözümüzü meydanda deməyə çalışacağıq

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, yarımmüdafiəçi bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Bizi sabah ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, baş məşqçimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirəcəyik. Hazırda motivasiyamız yüksəkdir. Sabah sözümüzü meydanda deməyə çalışacağıq”.

Sentyabrın 5-də reallaşacaq İslandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Teqlər:

"Emin Mahmudov: S\u00f6z\u00fcm\u00fcz\u00fc meydanda dem\u0259y\u0259 \u00e7al\u0131\u015faca\u011f\u0131q"

Əlaqəli Xəbərlər