Menyu

Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə baş verib

Şəfa Hüseynli
Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə baş verib
1 dəq oxu

Şahbuzda istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub. 

Operativ Media xəbər verir ki,  hadisə zamanı 1983-cü il Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və nənə, 1947-ci il təvəllüdlü Məmmədova Səbinə Xəlil qızı vəfat edib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Əlaqəli Xəbərlər