Menyu

Kliniki Tibbi Mərkəzdə elektron növbə sistemi istifadəyə verilib

Nərmin Qocamanlı
Kliniki Tibbi Mərkəzdə elektron növbə sistemi istifadəyə verilib

Tibb müəssisələrində göstərilən xidmətlərin müasir standartlara uyğunlaşdırılması, əhalinin səhiyyə xidmətlərindən daha sürətli və rahat şəkildə istifadə etməsi məqsədilə TƏBİB tərəfindən bir sıra yeniliklər həyata keçirilir. Bu yeniliklərdən biri də xəstəxanalarda elektron növbə sisteminin qurulması və bu sistemin bütün ölkə üzrə işlək vəziyyətə gətirilməsidir. 

Mərkəzdən Operativ Media-ya verilən məlumata görə, Kliniki Tibbi Mərkəzdə (KTM) bundan sonra əhaliyə göstərilən xidmətlər elektron növbə sistemi əsasında həyata keçiriləcək. Mərkəzə gələn vətəndaşlar 2 və 3-cü korpuslarda quraşdırılmış elektron növbə monitorlarından növbə götürməklə xidmətlərdən istifadə edəcəklər. 

Bu proses tibb müəssisəsində mərhələli şəkildə həyata keçirilir. Növbəti mərhələdə KTM-in tabeliyində fəaliyyət göstərən modul tipli xəstəxanada, təmir prosesi yekunlaşdıqdan sonra isə 1-ci korpus (Poliklinika) və eləcə də digər korpuslarda tətbiq olunması nəzərdə tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər