Oğuzda vələs və fıstıq ağaclarını kəsən şəxs tutulub
Əsəd Abbaslı
Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
DİN-in mətbuat xidmətinin regional qrupundan Operativ Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net