Azərbaycanın U-19 millisi yoldaşlıq turnirində ikinci qələbəsini qazandı
Əziz Əzizli
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması "Slovenia Nations Cup" yoldaşlıq turnirində keçirdiyi ikinci oyunda da qələbə qazanıb.
Operativ Media xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda Farer Adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.
"Çatez" stadionunda keçirilən görüş U-19-un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, milli turnirdəki ilk matçında İslandiya seçməsi üzərində də 2:1 hesablı qələbə qazanmışdı.
Teqlər:
"Az\u0259rbaycan\u0131n U-19 millisi yolda\u015fl\u0131q turnirind\u0259 ikinci q\u0259l\u0259b\u0259sini qazand\u0131"