Azərbaycan millisinin Ukrayna ilə oyunu yunanıstanlı hakimlərə tapşırıldı
Əziz Əzizli
Azərbaycan milli komandasının sentyabrın 9-da Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Operativ Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Görüş FIFA referisi Vassilis Fotiasa tapşırılıb. Onun köməkçiləri isə Andreas Meintanas və Mixail Papadakis olacaq. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək. VAR-da Angelos Evangelu və Yoannis Papadopulos yer alacaq.
Qeyd edək ki, sentyabrın 9-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-də start götürəcək.
Teqlər:
"Az\u0259rbaycan millisinin Ukrayna il\u0259 oyunu yunan\u0131stanl\u0131 hakiml\u0259r\u0259 tap\u015f\u0131r\u0131ld\u0131"