İlin ikinci Ay tutulması baş verib - YENİLƏNİB

Əziz Əzizli
İlin ikinci Ay tutulması baş verib - YENİLƏNİB

İlin ikinci Ay tutulması baş verib.

Operativ Media xəbər verir ki, Ay tutulması 8 sentyabr saat 00:55:00-da sona çatıb.

Tam tutulma 82 dəqiqə davam edib.

Qeyd edək ki, Ay tutulmasını Azərbaycanda görmək mümkün olub.

***

19:27, 07.09.25

2025-ci ilin ikinci Ay tutulması baş verir.

Operativ Media-nın məlumata görə, bu “Qanlı Ay” da adlandırılan tam Ay tutulmasıdır.

Yarımkölgəli Ay tutulması saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək.

Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq.Tam tutulma 82 dəqiqə davam edəcək.

Ay tutulmasını Azərbaycanda da görmək mümkün olacaq

2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək.

Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

Ölkə vətəndaşları Qanlı Ay tutulmasını canlı izləyə bilərlər.

Digər xəbərlər