Menyu

Azərbaycan millisi Avropa kubokunda gümüş medal qazandı

Əziz Əzizli
Azərbaycan millisi Avropa kubokunda gümüş medal qazandı

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa kubokunun gümüş medalını qazanıb.

Operativ Media xəbər verir ki, yığma finalda Niderland seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibinə 16-21 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda isə İspaniyanı 17:12 üstələyib.

Teqlər:

"Az\u0259rbaycan millisi Avropa kubokunda g\u00fcm\u00fc\u015f medal qazand\u0131"

Əlaqəli Xəbərlər