Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev isefa verib.
Operativ Media xəbər verir ki, əslən azərbaycanlı olan mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində səfərdə Belçikaya 0:6 hesabı ilə uduzduqları oyundan sonra qərarını açıqlayıb:
"Baş verənlərin hamısı mənim günahımdır. Məsuliyyəti tam üzərimə götürürəm. Qazaxıstana qayıdan kimi federasiya prezidentini məlumatlandıracağam".
Qeyd edək ki, Əli Əliyev bu ilin yanvarında Stanislav Çerçesovu əvəzləyərək, Qazaxıstan millisinə baş məşqçi təyin edilmişdi.