Menyu

AQTA və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında Fəaliyyət Planı imzalanıb

Şəfa Hüseynli
AQTA və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında Fəaliyyət Planı imzalanıb

Sentyabrın 5-də Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib.

Bu barədə Operativ Media-ya  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasdan sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı” və digər sənədlər imzalanıb.

Budapeştdə keçirilən XI iclasın iki ölkənin ticarət, biznes, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti yüksək dəyərləndirilir.

 

Teqlər:

"AQTA v\u0259 Macar\u0131stan\u0131n K\u0259nd T\u0259s\u0259rr\u00fcfat\u0131 Nazirliyi aras\u0131nda F\u0259aliyy\u0259t Plan\u0131 imzalan\u0131b"

Əlaqəli Xəbərlər