24 Fevral 2023, 14:48
Misirdə zəlzələ baş verib

Misirin Süveyş bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.
"Operativ Media" xəbər verir ki, Misir Milli Tədqiqat Astronomiya və Geofizika İnstitutu Facebook sosial media hesabından mövzu ilə bağlı açıqlama verib.
Açıqlamaya görə, 4,1 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə baş verib.