Menyu

"Atletik Bilbao"nun iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

Əziz Əzizli
"Atletik Bilbao"nun iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyanın "Atletik Bilbao" klubunun cinah futbolçusu Niko Uilyams Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Bilbaoda "Qarabağ"a qarşı keçirəcəkləri matçı buraxa bilər.

Operativ Media xəbər verir ki, 23 yaşlı ispan millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Türkiyə ilə oyunda (6:0) zədələnib. Uilyamsa sol budun adduktor əzələsinin orta dərəcədə zədələnməsi diaqnozu qoyulub. "Marca"nın məlumatına görə, o, təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bundan başqa, klubun əsas oyunçularından olan müdafiəçi Yeray Alvares Avropa Futbol Assosiasiyaları İttifaqının antidopinq qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya alıb.

"Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.

Teqlər:

"\"Atletik Bilbao\"nun iki futbol\u00e7usu \"Qaraba\u011f\"la oyunu buraxa bil\u0259r"

Əlaqəli Xəbərlər