Menyu

Bakı beynəlxalq avtovağzalı işçi axtarır

Nərmin Qocamanlı
Bakı beynəlxalq avtovağzalı işçi axtarır
1 dəq oxu

“Azerbaijan Ground Services” MMC insan resurslarının idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edib.

Operativ Media  xəbər verir ki, namizəd üçün vəzifə və tələblər aşağıdakılardır:

Vəzifə öhdəlikləri:

– Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam edilməsi;
– Əmrlərin, ərizələrin, arayışların və digər kadr sənədlərinin hazırlanması;
– Əməkhaqqı kartı sifarişlərinin verilməsi;
– Tabellərin tərtibi;
– Vakansiyaların paylaşılması və namizədlərlə müsahibələrin təşkili;
– Sosial məzuniyyətlərlə bağlı əməliyyatların aparılması;
– Aylıq və rüblük statistik hesabatların hazırlanması;
– İcbari sığorta müqavilələrinin bağlanması və əlavələrin edilməsi;
– Kadr uçotunun aparılması.

Namizədlərə tələblər:

– Ali təhsil;
– İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
– Microsoft Office və xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
– Əmək Məcəlləsi və aidiyyəti normativ aktlar üzrə biliklər;
– ƏMAS və “Elektron Hökumət Portalı”nda işləmək bacarığı.

İş şəraiti:

– 5 günlük iş həftəsi, iş qrafiki: 09:00–18:00;
– İş yeri: Bakı Beynəlxalq Avtovağzal Kompleksi;
– Nahar fasiləsi: 13:00–14:00;
– Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcək.

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini ir@bbak.az elektron ünvanına göndərə bilərlər.

Əlaqəli Xəbərlər