“Telegram” hücumları ilə bağlı araşdırmalar davam edir
Nərmin Qocamanlı
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən “Telegram” üzərindən həyata keçirilən kiberhücumlarla bağlı araşdırmalar davam etdirilir.
XRİTDX-dən Operativ Media-ya verilən məlumata görə, hazırda kiberəməliyyatla bağlı 112 saxta domen və 18 IP ünvanı MRLab tərəfindən nəzarətə götürülmüşdür. Sözügedən resursların fəaliyyəti araşdırılır və istifadəçilərə təsir dərəcəsi qiymətləndirilir.
Mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında paylaşılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net