Saatlıda çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanılıb
Şəfa Hüseynli
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Çinarə Astanova saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Operativ Media-ya verilən məlumata görə, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma